“Bavariya”nın hücumçusu Bundesliqada noyabrın ən yaxşı futbolçusu seçilib

Baş səhifə
Bavariyanın hücumçusu Bundesliqada noyabrın ən yaxşı futbolçusu seçilib

“Bavariya”nın hücumçusu Maykl Olise Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.

“Report” xəbər verir ki, fransalı oyunçu ötən ay keçirdiyi 6 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ümumilikdə, Olise 2025/2026 mövsümündə bütün yarışlarda 23 matça çıxıb, 9 dəfə fərqlənib və 14 assist edib.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2024-cü ilin yayından Münhen təmsilçisində çıxış edir.