Çexiya səfiri: Cənub Qaz Dəhlizininin inkişaf etdirilməsi Avropanın enerji sabitliyinin gücləndirilməsi üçün vacibdir

Baş səhifə
Çexiya səfiri: Cənub Qaz Dəhlizininin inkişaf etdirilməsi Avropanın enerji sabitliyinin gücləndirilməsi üçün vacibdir

Cənub Qaz Dəhlizininin daha da inkişaf etdirilməsi Avropanın enerji dözümlülüyünün və sabitliyinin gücləndirilməsi üçün vacibdir.

Bunu “Report”a müsahibəsində Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek deyib.

Diplomatın sözlərinə görə, Çex Respublikası Cənub Qaz Dəhlizini enerji təchizatının diversifikasiyasına əhəmiyyətli dərəcədə töhfə verən və tək mənbədən asılılığı azaldan strateji layihə hesab edir.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.