“Beşiktaş” Braziliya klubuna təklif göndərdi

Baş səhifə

Bakı. Trend:

“Beşiktaş” yeni mövsüm üçün qapı xəttini gücləndirməyi
planlaşdırır.

Trend xəbər verir ki,
İstanbul nəhəngi “Flamenqo”da çıxış edən Aqustin Rossini transfer
etmək istəyir. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.




“Qara qartallar” argentinalı qolkiper üçün Braziliya klubuna
rəsmi təkliflə müraciət edib.

Qeyd edək ki, Aqustin Rossi 2023-cü ilin yayından “Flamenqo”da
çıxış edir. 30 yaşlı qapıçı cari mövsümdə komandanın heyətində 30
rəsmi matçda meydana çıxıb.