
Bakı.Trend:
2025-ci il noyabrın 1-dək azad olunmuş ərazilərdə 6353 abunəçi
GPON texnologiyası ilə sürətli internet, telefon və İP TV
xidmətləri ilə təmin olunub.
Trend-in əldə
etdiyi məlumata görə, bu abunəçilər, Ağdam şəhəri, Sarıcallı,
Kəngərli və Xıdırlı kəndləri, Ağdərə rayonunun Talış, Həsənriz,
Suqovuşan, Kolatağ və Vəngli məntəqələri, Cəbrayıl şəhəri və Cocuq
Mərcanlı, Füzuli, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın və Xocalı
şəhərləri, eləcə də Ballıca, Əsgəran, Xanyurdu, Təzəbinə, Badara və
Daşbulaq yaşayış məntəqələri ilə yanaşı, Zəngilan rayonunun Ağalı
kəndində yaşayan əhalini də əhatə edir.
Belə ki, yerli əhalinin köçürülməsi və yaşayış məntəqələrinin
istifadəyə verilməsi qrafikinə uyğun olaraq, bu ərazilərdə
xidmətlərin təşkili üzrə işlər aparılır.
Eyni zamanda, ərazidə telekommunikasiya xidmətlərinin təşkili
məqsədilə 25 yaşayış məntəqəsi arasında ümumi uzunluğu 975 km olan
magistral fiber-optik kabel çəkilişi layihəsi çərçivəsində 727 km
uzunluğunda müxtəlif markalı fiber-optik kabellər döşənib.

