Zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı
zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq
qalmaqdadır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar
iclasında çıxışı zamanı deyib.




Komitə sədrinin sözlərinə görə, dünyada hər 3 qadından 1-i nə
vaxtsa zorakılığa məruz qalıb, hər üç dəqiqədən bir ən azı bir
qadın öldürülür. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25
noyabrı rəsmi olaraq “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq
mübarizə günü” elan edib. Bu il bu günün 26 ili tamam olur.

“Nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də,
hələ də belə hallar var. Hələ də, zorakılığa məruz qalan
qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var. Və bu
bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Zorakılıq yalnız bir
ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə
də, biz daha çox maarifləndirmə işləri aparmalıyıq, daha çox
çalışmalıyıq ki, qadın və qızlarımız zorakı davranışa məruz
qalmasınlar”, – deyə millət vəkili qeyd edib.