
Bakı. Trend:
Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi Həcc
ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən
başlanması üçün yeni işlər görür.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici
Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal
Cahangiri məlumat verib.
“Bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən Həcc
ziyarətindən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün
sənəd qəbulunun başlanması barədə göstərişlər verib. Müvafiq olaraq
vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan
ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan
vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar,
yerlər bitmədən gəlib qeydiyyata alınsınlar”, – deyə o
bildirib.
Vüsal Cahangiri qeyd edib ki, hər gün yeni müraciətlər qeydə
alınır:
“Qeydiyyata erkən başlamağımıza rəğmən, hər gün vətəndaşlarımız
Həccə qeydiyyata alınmaq üçün müraciət edirlər. Öncəki
təcrübələrimzə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli
vətəndaşlar gəlib Həccə getmək üçün müraciət edirlər, həmin ərəfədə
artıq kvota tamamlanır və vətəndaş Həccə gedə bilmir. Həcc üçün
niyyət etmiş zəvvarları gec qalmadan müraciət etmələrini tövsiyə
edirik”.

