Argentinanın Səhiyyə Nazirliyi hantavirusla bağlı rəsmi açıqlama verib

Baş səhifə

Bakı.Trend:

Argentina hökuməti hazırda hantavirus yayılmasının mənbəyini
təsdiqləyə bilmir.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bu barədə Argentina Səhiyyə
Nazirliyi həftəlik epidemioloji hesabatında qeyd edilib.




“Malbran İnstitutu (ANLIS) kruiz gəmisindən götürülən virus
ardıcıllığının 2018-ci ildə Neuquendə aşkarlanan ştammlara çox
yaxın olduğunu müəyyən etsə də, hazırkı mərhələdə yayılmanın
mənbəyi təsdiqlənə bilmir, çünki sıfır xəstə (ilk yoluxma halı)
ehtimal olunan yoluxma dövründə Andes ştammının endemik olduğu
ərazilərə səfər etməyib”,-deyə hökumətin açıqlamasında
bildirilib.

Argentina ərazisində beynəlxalq tərəfdaşların koordinasiyası ilə
epidemioloji araşdırmalar davam etdirilir.