Bakı. Trend:
Avropa liderləri gələn həftə ABŞ prezidenti Donald Tramp
administrasiyasının Ukraynadakı münaqişənin həlli planını müzakirə
etmək məqsədilə Vaşinqtona səfər edə bilərlər.
Trend xəbər verir
ki, bu barədə “Sky News“ mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın
baş naziri Ciorcia Meloni də daxil olmaqla bir sıra Avropa
liderləri Trampı sülh planında dəyişiklik etməyə razı salmaq üçün
Vaşinqtona səfər etməyi nəzərdən keçirirlər.
Kanal əlavə edib ki, Böyük Britaniyanın baş naziri Kir Starmerin
26 noyabrda Britaniya hökumətinin büdcə müraciətindən əvvəl ABŞ-a
səfər etməsi ehtimalı azdır.

