Binəqədidə yanğın: 3 nəfər təxliyə edilib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən
yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil
olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət
Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı
Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının
beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən otaqda baş
verdiyi müəyyən olunub.




Görülmüş operativ tədbirlər nəticəsində yanğın genişlənərək
digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının beşinci
mərtəbəsində ümumi sahəsi 18kv.m olan bir otağın və eyvanın yanar
konstruksiyaları və ev əşyaları yanıb. Digər otaqlar yanğından
mühafizə edilib.

Xilasedicilər tərəfindən hadisə zamanı 3 nəfər bina sakini
təxliyə edilib.