
DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin IX turunda bu gün növbəti görüşlər keçirilib.
Apasport.az xəbər verir ki, A, G, L qruplarında ümumilikdə 6 qarşılaşma baş tutub.
Almaniya millisi səfərdə Lüksemburqun, Niderland isə Polşanın qonağı olub.
DÇ-2026
Seçmə mərhələ
14 noyabr
A qrupu
23:45. Lüksemburq – Almaniya 0:2
23:45. Slovakiya – Şimali İrlandiya 1:0
Xal durumu: Almaniya – 12, Slovakiya – 12, Şimali İrlandiya – 6, Lüksemburq – 0.
G qrupu
21:00. Finlandiya – Malta 0:1
23:45. Polşa – Niderland 1:1
Xal durumu: Niderland – 17, Polşa – 14, Finlandiya – 10, Malta – 5, Litva – 3.
L qrupu
23:45. Cəbəllütariq – Monteneqro 1:2
23:45. Xorvatiya – Farer Adaları 3:1
Xal durumu: Xorvatiya -19, Çexiya – 13, Farer Adaları – 12, Monteneqro – 9, Cəbəllütariq – 0.

