
Bakı. Trend:
Paytaxt ərazisində oğurluq və soyğunçuluq edən 2 şəxs
saxlanılıb.
Trend
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən
restoranların birində bir nəfərin çantasından 500 manat pul
oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı
S.Şahverdiyeva müəyyən olunaraq saxlanılıb.
Nizami rayonu ərazisində qeydə alınan soyğunçuluq hadisəsi
zamanı isə bir nəfərin 450 manatını və mobil telefonunu talamaqda
şübhəli bilinən 34 yaşlı A.Ağayev də polis əməkdaşları tərəfindən
saxlanılıb.
Araşdırmalar aparılır.

