Zərdabda yanğın törədən şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

Trend-in
məlumatına görə, Zərdab rayonunun Burunlu kəndi ərazisində yanğın
hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən
edilib.




Araşdırmalarla yanğının kənd sakini E.Hüseynov tərəfindən
törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot və
kol-kos yanıb.

Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.