Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib

Baş səhifə
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib.

Bu barədə “Report”a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək kişilər arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin matçını idarə edəcək.

O, “Melina Merkuri” arenada gerçəkləşəcək “Olimpiakos” (Yunanıstan) – “Quaquas” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Matçın ikinci hakimi funksiyasını polşalı Aqneşka Miçlik yerinə yetirəcək.