Brüssel hava limanında uçuşlar dayandırıldı

Baş səhifə

Bakı. Trend:

Brüssel hava limanında dronların müşahidə edilməsi ilə əlaqədar
bütün uçuşlar və enişlər müvəqqəti olaraq dayandırılıb.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, Belçika mediası axşam saatlarında dronlarla
əlqədar hava limanının təxminən bir saat müddətində uçuş və enişlər
üçün bağlı elan edildiyini yazıb.

Belçikanın NATO tərəfindən istifadə olunan Klayne-Brogel hərbi
bazası yaxınlığında da yenidən dronlar müşahidə edilib.