Gələn ilin dövlət büdcəsindən baytarlıq xidmətlərinin həyata keçirilməsi üçün 22,8 milyon manat vəsait yönəldiləcək

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin dövlət büdcəsi layihəsində baytarlıq tədbirləri
üçün nəzərdə tutulmuş 41,9 milyon manat vəsaitdən baytarlıq
xidmətlərinin həyata keçirilməsi üçün 22,8 milyon manat
yönəldiləcəkdir.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.




Bildirilib ki, 41,9 milyon manat vəsaitdən vaksinlərin,
dərmanların və baytarlıq ləvazimatlarının alınması və onların
daşınması üçün 18,2 milyon manat, xüsusi təhlükəli heyvan
xəstəlikləri ilə əlaqədar zərər çəkən hüquqi və fiziki şəxslərə
dəymiş maddi ziyanın ödənilməsi üçün 0,9 milyon manat vəsait
yönəldiləcəkdir.

Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı
mübarizə tədbirlərinin aparılması üçün 5,4 milyon manat və
aqrokimyəvi analizlərin aparılması, aqrokimyəvi pasportların
verilməsi və toxum nəzarəti üzrə tədbirlərin maliyyələşdirilməsi
üçün isə 8,2 milyon manat nəzərdə tutulub. .