Azərbaycanda gələn il inflyasiya azalacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan hökuməti bu il orta illik inflyasiyanın 5,4 faiz,
2026-cı ildə isə 4,8 faiz olacağını gözləyir.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə
Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini
tapıb.




Sənədə əsasən, bu il üzrə ölkədən 22,9 milyard ABŞ dolları
dəyərində, gələn il üzrə isə 20,7 milyard ABŞ dolları dəyərində
malların ixracı gözlənilir. Eyni zamanda bu il üzrə 3,7 milyard
dollarlıq, 2026-cı il üzrə isə 4,2 milyard dollarlıq qeyri-neft-qaz
ixracı proqnozlaşdırılır.

Bundan başqa, bu il Azərbaycana 17,4 milyard ABŞ dolları
həcmində, gələn il üzrə isə 17,8 milyard dəyərində idxal
əməliyyatlarının həyata keçiriləcəyi gözlənilir.