
Bakı. Trend:
Bu gün Misli Premyer Liqasının 10-cu turunun oyunları başa
çatıb.
Trend xəbər verir
ki, son oyun günündə yalnız bir qarşılaşma keçirilib.
“Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş meydan
sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra “Sabah” 18 xalla turnir cədvəlində dördüncü
pillədə qərarlaşıb. “Qəbələ” isə 5 xalla 10-cu yerdə
mövqelənib.
19:30. “Sabah” – “Qəbələ” 1:0

