44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən müharibəsinin oktyabrın 29-na olan
xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunu
təsdiqləyib.

– Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan
azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili
haqqında Fərman imzalayıb.

– Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla
zəng edib.

– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı. Düşmənin məhv edilən hərbi
texnikasının siyahısı.

– Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayılıb.

– Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub. Geri çəkilməyə məcbur edilən
düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri
atəşə tutmaqda görür.

– Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib. Düşmənin döyüş meydanında atıb
qaçdığı texnika və döyüş sursatının videogörüntüləri yayılıb. Ermənistanın iki
Su-25 təyyarəsi məhv edilib.

– Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi
atəşə tutulub. Ermənistanın atəşi nəticəsində
daha bir dinc sakin həlak oldu.

– Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında
məhv edilib. Düşmənin qüvvə və vasitələri
məhv edilib.