“Qəbələ” futbolçusunu Slovakiya klubuna satıb

Baş səhifə

Bakı. Trend:

“Qəbələ” futbolçusu Prins Ovusunun transferi ilə bağlı
Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət
cavablandırıb.

Klubdan verilən məlumata görə, tərəflər qanalı futbolçunun
transferi ilə bağlı razılığa gəliblər.




Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”yə 2025-ci ilin iyulunda
Qananın “Nayan” Akademiyasından cəlb olunub. O, “qırmızı-qaralar”ın
heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.