
Bakı.Trend:
İtaliyalı canlı futbol əfsanəsi, 2006-cı ildə dünya çempionu
adını qazanmış Andrea Pirlo Rusiya ilə iddia olunan əlaqələrinə
görə, İtaliya milli komandasından kənarda qalıb.
Bu barədə “La Gazzetta dello Sport” yazır.
Nəşrin yazdığına görə, İtaliya millisinin baş məşqçi postuna
namizəd olan Pirlo, Rusiya ilə əməkdaşlığına görə vəzifəyə təyin
edilməyib.
Məlumata görə, Pirlonun İtaliya millisinin baş məşqçisi
vəzifəsinə təyinatı ölkənin Futbol Federasiyasının prezidenti
tərəfindən əngəllənib. Qərarın səbəbi kimi Pirlonun Rusiya bukmeker
şirkəti ilə əməkdaşlığı göstərilib.
Bundan əlavə, cəmi 16 gün əvvəl idman direktoru vəzifəsinə təyin
olunan Paolo Maldininin də millidən ayrılacağı bildirilir.
Rusiya bukmeker şirkəti ilə əməkdaşlıq çərçivəsində Andrea Pirlo
Rusiyada keçirilən ölkə kubokunun Superfinalını izləyib. Həmin
oyunda “Spartak” və “Krasnodar” komandaları üz-üzə gəlib.
Pirlo ilə birlikdə tədbirdə iştirak edən digər dünya çempionu
Marko Materatsi isə sonradan Rusiyaya səfərinə görə üzr
istəyib.

