Sabah 41 dərəcə isti gözlənilir

Baş səhifə

Bakı. Trend:

Sabah Azərbaycanın bəzi rayonlarında 41 dərəcə isti
gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və
Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci
yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 70-75 %, gündüz 50-60 % olacaq.




Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq.Qərb küləyi
bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi
yerlərdə 40-41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti
olacaq.