
Bakı. Trend:
Rafael Leaonun “Fənərbağça”ya mümkün transferinin şərtləri məlum
olub.
Türkiyəli jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə,
İstanbul klubu “Milan”ın vingerini 40 milyon avroya və ya daha
aşağı məbləğə transfer etmək istəyir.
Bildirilir ki, “Fənərbağça” bir müddətdir futbolçunun
nümayəndələri ilə danışıqlar aparır. Növbəti mərhələdə isə klub
mümkün transferin şərtlərini “Milan” rəhbərliyi ilə müzakirə
edəcək. Leao ilə həmçinin “Fənərbağça”nın əzəli rəqibi olan “Qalatasaray” klubu da yaxından maraqlanır.
Leao ötən mövsüm A Seriyasında keçirdiyi 29 oyunda 9 qol
vurub.

