Bakıda müşahidə olunan güclü külək ağaclara ziyan vurub.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən Modern.az-a verilən məlumata görə, dünəndən etibarən əsən güclü külək nəticəsində paytaxt ərazisində 7 ağac aşıb, 22 ağacın budaqları sınıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin briqadaları hadisə baş verən ərazilərə operativ cəlb olunub. Sınmış ağacların kəsilməsi və təhlükə yaradan budaqların budanması qısa müddətdə təmin edilib.







