Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun
27-də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarla
görüşüb.

Görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan
ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi,
mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq
imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq
məsələləri müzakirə olunub.




Söhbət zamanı həmçinin dövlət sifarişli filmlər üçün ədəbi
əsərlərin seçilməsi, ssenarilərin yazılması, Azərbaycan
ədəbiyyatının təbliği, görkəmli ədiblərin həyat və yaradıcılığına
həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi
aparılıb.

Tərəflər dövlət və ictimai institutlar arasında əməkdaşlığın
gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və cəmiyyətin
mədəni həyatının zənginləşməsinə mühüm töhfə verəcəyini
vurğulayıblar.