
Bakı. Trend:
Serbiya Prezidenti Aleksandr Vuçiçə qarşı ölüm təhdidi
səsləndirməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları
tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində istintaq dövrü üçün
həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasına
yerləşdirilib.
Məlumata görə, Kraquyevas şəhər sakini prezidenti ölümlə
hədələyən paylaşımı “Facebook” sosial şəbəkəsində yayımlamaqda
şübhəli bilinir və bu səbəbdən dindirilib.
Dindirilmə zamanı şübhəli şəxs qanunvericiliyin ona verdiyi
susmaq hüququndan istifadə edib və ifadə verməkdən imtina edib.

