Rumıniya Rusiyalı diplomatı ölkədən çıxarır

Baş səhifə

Bakı. Trend:

Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfirini
nazirliyə çağıraraq Rusiya diplomatik missiyasının əməkdaşlarından
birini “arzuolunmaz şəxs” (persona-non-qrata) elan edib.

“Reuters”in məlumatına görə, bu barədə Rumıniya Xarici İşlər
Nazirliyinin X sosial şəbəkəsində dərc olunmuş bəyanatında
bildirilib.

Rumıniya XİN-in məlumatına görə, Rusiyanın səfiri xarici işlər
nazirinin tapşırığı ilə nazirliyə çağırılıb.




Buna səbəb 24–26 iyul tarixlərində Rumıniyanın hava məkanının
dəfələrlə pozulması və ölkə ərazisinə pilotsuz uçuş aparatlarının
düşməsi olub.

Konkret olaraq hansı diplomatın “arzuolunmaz şəxs” elan edildiyi
qeyd olunmur.