Kamala Harris növbəti prezident seçkilərində iştirak etmək ehtimalından danışıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris növbəti prezident
seçkilərində iştirak etmək ehtimalından danışıb.

Trend xəbər verir ki, 2024-cü
il prezident seçkilərində Donald Trampa məğlub olan Harris bu
barədə BBC-yə verdiyi müsahibədə bildirib.




“Bütün karyeramı dövlət xidmətinə həsr etmişəm və bu, mənim
qanımdadır”, – deyə o vurğulayıb.

Bununla belə, Harris hələlik növbəti prezident seçkilərində
iştirak etmək barədə yekun qərar vermədiyini qeyd edib.