
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə telefonla danışıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-Avropa Birliyi münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyənin regiondakı münaqişə prosesində atəşkəsin qorunması və sülhün təmin olunması üçün səy göstərdiyini, Hörmüz boğazının ən qısa zamanda açılmasının vacib olduğunu bildirib, İsrailə qarşı beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.
O, Avropanın təhlükəsizlik strategiyaları çərçivəsində Türkiyənin iştirakının faydalı olacağını, Avropa İttifaqı-Türkiyə Gömrük Birliyinin yenilənməsinin vacibliyini və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin önəm daşıdığını bildirib.

