Salyanda minik avtomobili yanıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Salyan şəhəri, B.Talıblı küçəsində avtomobildə yanğın baş verməsi
barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon
Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı
minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər
hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.




Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi
yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.