Dublində sığınacaq axtaranlarla bağlı etiraz zorakılığa çevrilib

Baş səhifə

Bakı. Trend:

İrlandiyanın paytaxtı Dublin ətrafında sığınacaq axtaranların
yerləşdirildiyi otelin qarşısında keçirilən etiraz aksiyası
zorakılığa çevrilib və polisə hücum edilib.

Trend-in
məlumatına görə, bu barədə RTE telekanalı xəbər yayıb.

Telekanal alovlara qərq olmuş polis mikroavtobusunun fotosunu
yayıb. Təxminən 2000 nəfərdən ibarət izdiham zabitlərə fişənglər,
butulkalar və müxtəlif əşyalar atıb.




Polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib.

Ölən və ya həbs olunanlar barədə məlumat verilməyib.