
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının
(Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi
Kaya Kallas ilə görüşüb.
Trend xəbər verir
ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” səhifəsində
paylaşım edilib.
Görüş Aİ Şurasının “Regionlararası təhlükəsizlik və əlaqə”
mövzusunda xarici işlər nazirlərinin iclası çərçivəsində
Lüksemburqda baş tutub. Görüşün təfərrüatları hələlik
açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 20-də Lüksemburqda keçiriləcək iclasda
müxtəlif mövzular müzakirə olunacaq.

