Prezident İlham Əliyev Misirə işgüzar səfərə gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika
Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb
Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın
Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə
işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, Şarm
Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf
Subhi və digər rəsmi şəxslər qarşıladılar.