
Bakı. Trend:
“Elçe”nin yarımmüdafiəçisi Rodriqo Mendosa La Liqada klubunu
dəyişə bilər.
Trend xəbər
verir ki, “Real” ispaniyalı futbolçunu transfer etmək istəyir.
“Kral klubu”nun baş məşqçisi Xabi Alonso Mendosanın Çilidə
keçirilən U-20 dünya çempionatında İspaniya millisinin heyətində
göstərdiyi performansını bəyənib. “Real” 20 yaşlı oyunçunu gələn
ilin yayında heyətinə qatmağa çalışacaq. Onun klubu ilə
müqaviləsində 24 milyon avroluq sərbəstqalma məbləği yer alıb.
Qeyd edək ki, Rodriqo Mendosa “Elçe”nin yetirməsidir. Gənc
yarımmüdafiəçi bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana
çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

