Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələri İordaniyadakı Əl-Hüseyn Hava Bazasına
daha bir “MQ-4C Triton” strateji kəşfiyyat pilotsuz uçluş aparatını
yerləşdirib.
Trend-in məlumatına görə, bu barədə “Itamilradar” portalı xəbər
verib.
Məlumata əsasən, uçuş aparatı İtaliyanın Siciliya adasındakı
Siqonella Hava Bazasından gəlib. Bu, orada daimi olaraq
yerləşdirilən sonuncu pilotsuz uçuş aparatı olub. Hazırda
İordaniyada ABŞ Hərbi Dəniz Qüvvələrinin ən azı üç strateji
kəşfiyyat pilotsuz uçuş aparatı yerləşdirilib.

