İki gün ərzində 60 cinayətin üstü açılıb

Baş səhifə

Bakı.Trend:

Oktyabrın 4-də və 5-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki
dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində
axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.




Qeyd edilib ki, narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən
edilib.

“Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb”, –
qurumdan əlavə olunub.