Bakıda sərxoş kişi yıxılaraq ölüb.
“Report” xəbər verir ki, Xətai rayonu Xocalı prospekti 21-in qarşısında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Aleksandr Qenadiyeviç Jurov sərxoş vəziyyətdə yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş A.Jurov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

