Paytaxtda oğurluq edənlər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Nəsimi rayonunda iki nəfər polisə müraciət edərək 808
manatlarının, eyni zamanda 2 ədəd mobil telefonlarının talanmasını
bildiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən
Trend
-ə Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı
V.Rəsulov və əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə
görə məhkum olunmuş 37 yaşlı F.Səfərov müəyyən edilərək
saxlanılıblar.




Xətai rayonunda isə mağazaların birindən 250 manat və 500
manatlıq tütün məmulatını oğurlamaqda şübhəli bilinən əvvəllər eyni
əmələ görə məhkum olunmuş 30 yaşlı V.Mirzəbabayev polis əməkdaşları
tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.