Ukraynanın “Tomahawk” raketləri alması sual altındadır – KİV

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası çətin ki, “Tomahawk” raketlərini Ukraynaya
ötürməyə qərar versin. ABŞ Kiyevə çatdırılması üçün Avropalı
müttəfiqlərinə digər uzaqmənzilli sursatlar verə bilər.

Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.




Onun mənbələrinə görə, “Tramp administrasiyasının Ukraynaya
uzaqmənzilli “Tomahawk” raketləri göndərmək istəyi qeyri-mümkün ola
bilər, çünki mövcud ehtiyatlar ABŞ Hərbi Dəniz Qüvvələri və digər
ehtiyaclar üçün nəzərdə tutulub”.

Qeyd edilib ki, mənbələr “[Kiyevi] 2500 km mənzilli qanadlı
raketlərlə təmin etməyin məqsədəuyğunluğuna şübhələrini ifadə
ediblər”.