Küveyt ordusu raket və PUA hücumlarını dəf edir

Baş səhifə

Bakı. Trend:

Küveytin hava hücumundan müdafiə sistemi ölkə ərazisi üzərindən
dron və raket hücumlarını dəf edir.

Bu barədə Küveytin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində
yazıb.




“Küveytin hava hücumundan müdafiə sistemi hazırda düşmənin raket
və pilotsuz uçuş aparatları hücumlarına qarşı mübarizə aparır. Ordu
Baş Qərargahı partlayışların düşmən hücumlarının qarşısının
alınmasının nəticəsi olduğunu qeyd edir”, – deyə nazirlik
bildirib.

Küveyt ordusu vətəndaşları müvafiq orqanlar tərəfindən verilən
təhlükəsizlik təlimatlarına əməl etməyə çağırır.