Bakı. Trend:
Çində rekord hündürlüyə malik yeni asma körpü tikilib. Məlumata
əsasən, konstruksiyanın rəsmi açılışı yaxın günlərdə baş
tutacaq.
Trend-in CGTN
telekanalına istinadən verdiyi xəbərə görə, Quyçjou əyalətində inşa
olunan körpü Hutszyan böyük kanyonu üzərindən keçir və dəniz
səviyyəsindən 625 metr hündürlükdə yerləşir.
Körpünün ümumi uzunluğu isə 2,9 kilometr təşkil edir. Bununla da
o, dünyanın ən hündür körpüsü statusunu qazanıb.

