Metronun “Sahil” stansiyası yaxınlığında daha bir stansiya tikiləcək

Baş səhifə

Metronun “Nizami” stansiyasından sonra “Sahil” stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və artıq qırmızı xəttə keçid olacaq.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

“”Avtovağzal”dan hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan Sahil stansiyasına keçməklə “Həzi Aslanov” stansiyasına qədər başqa növ nəqliyyata keçmədən hərəkətini davam etdirə biləcək”, – deyə B.Məmmədov əlavə edib.