Xüsusi nümayəndə: Tullantıların idarə edilməsi probleminin həlli üzrə danışıqlar aparılır

Baş səhifə
Xüsusi nümayəndə: Tullantıların idarə edilməsi probleminin həlli üzrə danışıqlar aparılır

Tullantıların idarə edilməsi probleminin həlli üzrə danışıqlar aparılır.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, Laçındakı silsilə tədbirlər göstərir ki, bərpa və quruculuq işləri çərçivəsində qarşıya qoyulan strategiya özünü doğruldur.

Xüsusi nümayəndə tullantıların idarəedilməsi məsələsinə toxunaraq əlavə edib ki, bu problemin həlli üzrə danışıqlar aparılır:

“Bu məsələ diqqət mərkəzindədir. Çalışırıq ki, 10 ildən sonra yeni poliqon yeri axtarmayaq. Laçında hər bir infrastruktur işinə Ekoloji toxunulmazlıq müstəvisində baxırıq”.

M. Məmmədov vurğulayıb ki, Laçında meşələrin qorunması məsələsi də priotetdir.