Abşeronda qanunsuz tikintinin qarşısı alınıb – VİDEO

Cəmiyyət




Abşeron rayonunun Məmmədli kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilən obyekt sökülüb.

www.RESMIXEBER.az