Bakıda sürücü idarəetməni itirərək maşını aşırdı – VİDEO

Cəmiyyət


Bakıda sürücü idarəetməni itirərək maşını aşırıb.

Bu barədə görüntülər İTV-də yayımlanıb.

Belə ki, paytaxtın Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidə “Mercedes-Benz” markalı avtomobilin sürücüsü döngədə idarəetməni itirib, nəticədə avtomobil hasara dəyərək aşıb.

Hadisə yerinə dərhal Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının (ÇPA) əməkdaşları cəlb olunub.

Qəzada xəsarət alanların olduğu bildirilir. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir