Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.
“resmixeber.az”un Şimal bürosunun məlumatına görə, rayon sakini, 1971-ci il təvəllüdlü Ceyhun Balaşah oğlu Əliyev üz nahiyəsindən bıçaqlanıb.
Yaralıya Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az