“2025-ci ildə kənd təsərrüfatının ÜDM-də payı 5,9 faiz təşkil edib”.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “AzTV”yə müsahibə zamanı deyib.
“Kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq edən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq. 2022-ci ildə ölkədə müasir suvarma altında təxminən 85 min hektar əkin sahəsi var idisə, bu illərdə artıq qeyd etdiyimiz ərazilər 126 min hektarı keçib. Bu, son 3 il ərzində 1,5 dəfə artım deməkdir. Biz düşünürük ki, bu yetərli deyil. Süni zəka layihəsi çərçivəsində biz 30-a yaxın modul üzərində işləyirik. Bunların 8-9-u test mərhələsindədir”.
Onun sözlərinə görə, müxtəlif üsullarla sahələrdən toplanan məlumatlar süni zəka vasitəsilə emal ediləcək və fermerlərə daha dəqiq məlumat veriləcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

