Bakıda avtomobil motosikletçini vuraraq ağır xəsarət yetirib

Cəmiyyət


Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, 1977-ci il təvəllüdlü Fərid Nazim oğlu Məlikovun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Qəza zamanı motosikletin xəsarət alan sürücüsü təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, çənə və burun sümüklərinin sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir