
Bakı. Trend:
Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Türkiyəyə 2,216
milyard ABŞ dolları dəyərində 8,171 milyard kubmetr təbii qaz ixrac
edilib.
Trend bu barədə
Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
dəyər ifadəsində 291 milyon ABŞ dolları və ya 12,2 faiz azalıb ,
həcm baxımından isə 23 milyon kubmetr və ya 0,3 faiz artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında
Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii
qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları
təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər
ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir,
həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faiz
azalıb.
Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon
ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal
edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsində
isə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.

