
Bakı. Trend:
Sabunçu rayonu ərazisində paytaxt sakini olan bir nəfərin
“Geely” markalı avtomobili qaçırılıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirlib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən T.Quliyev və E.Rəsulov avtomobillə
birgə saxlanılıblar.
Nəsimi rayonu ərazisində isə bir nəfərə məxsus “Tufan” markalı
motosikleti qaçırmaqda şübhəli bilinən R.Baxşıyev nəqliyyat
vasitəsi ilə birgə saxlanılıb.
Araşdırmalar aparılır.

