Bakı. Trend:
Fransanın “Paris Sen-Jermen” komandası Fransa Superkuboku
uğrunda keçirilən oyunda “Lans”a 0:1 hesabı ilə məğlub olub.
Qarşılaşma Lans şəhərində yerləşən “Bollar-Delelis” stadionunda
keçirilib.
Qalib komandanın yeganə qolunu oyunun 32-ci dəqiqəsində Floryan
Toven vurub.
39-cu dəqiqədə “Lans”ın müdafiəçisi İsmaelo Qaniu birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. PSJ-nin heyətində
isə 87-ci dəqiqədə Nunu Mendeş qırmızı vərəqə ilə oyundan
qovulub.

